Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

ADDA-da Heydər Əsədovun millət vəkili seçilməsi ilə əlaqədar görüş keçirilib

24 Sentyabr 2024
ADDA-da Heydər Əsədovun millət vəkili seçilməsi ilə əlaqədar görüş keçirilib

Bu ilin sentyabrın 1-də Milli Məclisə keçirilən seçkilərdə millət vəkili seçilən və bu səbəbdən Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) rektoru vəzifəsindən azad edilən Heydər Əsədovla görüş təşkil olunub.

ADDA-da baş tutan görüşdə ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev çıxış edərək Heydər Əsədovu seçkilərdə inamlı qələbə qazanması münasibətilə təbrik edib. Təcrübəli dövlət xadimi, peşəkar maliyyəçi və alim olan Heydər Əsədovun rektorluq fəaliyyətini yüksək qiymətləndirən Rauf Vəliyev ona millət vəkili kimi gələcək fəaliyyətində də uğurlar arzulayıb.

Heydər Əsədov 5 il əvvəl Prezident İlham Əliyev tərəfindən Akademiyaya rektor təyin edildiyini minnətdarlıqla xatırlayaraq bildirib ki, fəaliyyəti ərzində peşəkar dənizçilər hazırlayan ali təhsil müəssisəsinin işinə töhfə vermək üçün əlindən gələni əsirgəməyib. O əlavə edib ki, bundan sonra milllət vəkili kimi də ölkənin milli maraqları və mənafeyi naminə səylə çalışacaq, qanunvericilik bazasının möhkəmləndirilməsi və təkmilləşdirilməsi işinə töhfə verəcək. Heydər Əsədov həmçinin ADDA-da fəaliyyəti dövründə ona göstərilən dəstəyə görə ASCO rəhbərliyinə və kollektivinə, eyni zamanda Akademiyanın bütün əməkdaşlarına təşəkkür edib.

Digər çıxış edən ASCO-nun rəhbər şəxsləri, eləcə də ADDA-nın professor və müəllim heyətinin nümayəndələri də Heydər Əsədova səmimi arzularını çatdırıblar.

Sonda sabiq rektora ASCO adından dəniz nəqliyyatı sistemində səmərəli fəaliyyətinə görə Dənizkənarı Milli Park ərazisində dənizçilərin xatirəsinə ucaldılmış abidənin suveniri təqdim edilib.

Foto qalereya12

Reaksiyanızı bildirin