Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

ADDA-da İnstitusional akkreditasiya nəticələri müzakirə olunub

05 May 2026
ADDA-da İnstitusional akkreditasiya nəticələri müzakirə olunub

01 may 2026-cı il tarixində Azərbaycan Dövlət Dəniz Akademiyası PHŞ-də Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən 2025-ci ildə keçirilmiş İnstitusional Akkreditasiya qiymətləndirməsinin nəticələrinə dair iclas keçirilib.

İclasda ADDA-nın Akkreditasiya nəticələri üzrə işçi komissiyasının rəhbəri və üzvləri iştirak ediblər. Tədrisin təşkili və idarə edilməsi üzrə prorektor, komissiyanın sədri İradə Süleymanova çıxış edərək TKTA tərəfindən keçirilmiş institusional qiymətləndirmənin nəticələri, Yekun hesabatda əks olunan faktoloji məsələlər və sənədə dair ADDA tərəfindən hazırlanmış rəy və qeydlər barədə məlumat verib.

Görüş zamanı iştirakçıların fikirləri dinlənilib, TKTA-nın tövsiyələrinin icrası və gələcəkdə görüləcək işlər ətrafında geniş müzakirələr aparılıb.

Reaksiyanızı bildirin