Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

ADDA-da master-klass

25 Oktyabr 2021
ADDA-da master-klass

Rusiyanın Nijni Novqorod şəhərində yerləşən, gəmiqayırma sahəsində dizayn, mühəndislik və konsaltinq xidmətləri üzrə ixtisaslaşmış “Sea Tech” şirkətinin baş direktoru Pyotr Yejov bu günlərdə Azərbaycan Dövlət Dəniz Akademiyasında olub, oktyabrın 25-də “Gəmiqayırma və gəmi təmiri” kafedrasının əməkdaşları və tələbə heyəti üçün “Tədris prosesində istifadə edilən “CADMATİC” proqram təminatının istifadəsi və proqramda edilən yenilənmələr” mövzusunda Master-klass dərsi aparıb. ADDA-nın tədris və tərbiyə işləri üzrə prorektoru, professor Zahid Şərifov qonağa Akademiya rəhbərliyi adından xatirə hədiyyəsi təqdim edib.

Gəmiqayırma sahəsində dünyada tanınmış proqram təminatı istehsalçısı olan “CADMATİC” şirkətinin Volqaboyu və Xəzər hövzəsi üzrə nümayəndəsi kimi P.Yejov Rusiya və Ukraynanın universitetlərində tədris zamanı rast gəlinən xarakterik problemlərdən söz açıb, onların həlli yollarını göstərib. O, hazırda “Gəmiqayırma və gəmi təmiri” kafedrasında tədris prosesində istifadə olunan “CADMATİC” proqram təminatının ödənişsiz yenilənməsinin həyata keçiriləcəyini qeyd edib.

Master-klass dərsinin yekununda çıxış edən elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektor, dosent Vüqar Sadıqov Akademiya ilə daimi əlaqə saxlayan qonağa təşəkkürünü bildirib, belə prezentasiyaların bakalavr və magistrlərlə yanaşı, tədris aparan müəllimlər üçün də əhəmiyyətini vurğulayıb

Foto qalereya5

Reaksiyanızı bildirin