Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

ADDA-da məktəblilər üçün “Açıq qapı” günü keçirilib

19 Mart 2026
ADDA-da məktəblilər üçün “Açıq qapı” günü keçirilib

18 mart 2026-cı il tarixində Azərbaycanda dənizçilik təhsilinin 145 illiyi və Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) 30 illik yubileyi münasibətilə paytaxtın bir sıra ümumtəhsil müəssisələrinin şagirdləri üçün “Açıq qapı” günü təşkil olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin dəstəyi ilə keçirilən tədbirin əsas məqsədi orta məktəb şagirdlərinin dənizçilik sahəsi üzrə maarifləndirilməsi, onlarda bu şərəfli peşəyə marağın artırılması və elmi-praktiki təşviqatın aparılması olub. “Açıq qapı” günündə 2 və 16 nömrəli Texniki-Humanitar liseylərin, həmçinin 7, 180, 190 və K.A. Kərimov adına 8 nömrəli tam orta məktəblərin şagirdləri iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən Tədris prosesinin təşkili şöbəsinin müdiri Ə.M. Süleymanov gənclərə Azərbaycanda dənizçilik təhsilinin tarixi və inkişaf yolu barədə məlumat verib. Daha sonra “Gəmi sürücülüyü” fakültəsinin dekanı E.O. Abbasov Akademiyada təhsilin üstünlükləri və yaradılmış müasir tədris mühiti haqqında danışıb. Görüşdə ADDA-nın fəal tələbələri də öz tələbəlik həyatları və təcrübələrini məktəblilərlə bölüşüblər. Çıxışlardan sonra şagirdlərin Akademiya və kollec haqqında ünvanladıqları suallar ətraflı cavablandırılıb.

Rəsmi hissədən sonra şagirdlər Akademiya ilə yaxından tanış olublar. Onlara tədris binaları, laboratoriyalar və ixtisaslaşdırılmış otaqlar barədə ətraflı məlumat verilib.

Tədbir çay süfrəsi ətrafında səmimi söhbətlərlə davam edib. Proqram saat 13:00-da dünyada ilk və yeganə olan “Suraxanı” gəmi-muzeyinə təşkil olunmuş səfərlə yekunlaşıb. Muzey ziyarəti məktəblilərdə zəngin dənizçilik tariximiz və gəmiçilik ənənələri barədə unudulmaz təəssüratlar yaradıb.

ADDA gələcək abituriyentlərin peşə seçiminə dəstək olmaq və dənizçilik sahəsinə yeni istedadlar cəlb etmək məqsədilə bu cür maarifləndirici layihələri davam etdirməyi nəzərdə tutur.

Foto qalereya7

Reaksiyanızı bildirin
ADDA-da məktəblilər üçün “Açıq qapı” günü keçirilib | ADDA