Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

ADDA-da Müstəqillik Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

26 May 2026
ADDA-da Müstəqillik Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

26 may 2026-cı il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin və Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) birgə təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş “Zəfərə aparan hürriyyət” adlı tədbir keçirilmişdir.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra giriş nitqi ilə çıxış edən Tədrisin təşkili və idarəedilməsi üzrə prorektoru İradə Süleymanova Müstəqillik Gününün Azərbaycan xalqının tarixində mühüm yer tutduğunu vurğulayaraq, milli dövlətçilik ənənələrinin qorunmasının və vətənpərvərlik ruhunun gənclər arasında təbliğinin əhəmiyyətindən danışıb.

Daha sonra, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının milli dövlətçilik ənənələrinin formalaşmasındakı tarixi xidmətləri, eləcə də Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi misilsiz xidmətlərə həsr olunmuş videçarx nümayiş etdirilib. Videomaterial iştirakçılar tərəfindən böyük maraqla izlənilib və milli dövlətçilik tariximizə dair dəyərli məlumatlarla yadda qalıb.

Tədbir konsert proqramı ilə davam edib. Akademiyanın tələbələri və qonaq iştirakçılar tərəfindən vətənpərvərlik ruhunda musiqi nömrələri, ədəbi-bədii kompozisiyalar və rəqs çıxışları təqdim olunub. Tədbir iştirakçıları milli dəyərlərimizə, dövlətçiliyimizə və müstəqilliyimizə böyük ehtiram nümayiş etdiriblər.

Konsert proqramı yüksək əhval-ruhiyyə ilə qarşılanıb, tədbirin sonunda isə ADDA-nın himni səsləndirilib və qonaqlara təşəkkür ifadə olunub.

Foto qalereya9

Reaksiyanızı bildirin