Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

ADDA-da “Startup School 4” layihəsi üzrə infosessiya keçirilib

16 Aprel 2026
ADDA-da “Startup School 4” layihəsi üzrə infosessiya keçirilib

Azərbaycan Dövlət Dəniz Akademiyasında Enterprise Azerbaijan portalı çərçivəsində həyata keçirilən “Startup School 4: Five Continents – 500 Startups” layihəsinə həsr olunmuş infosessiya təşkil olunub. Tədbirin əsas məqsədi tələbələr arasında innovativ düşüncə tərzinin formalaşdırılması, startap mədəniyyətinin inkişaf etdirilməsi və onların beynəlxalq innovasiya mühitinə inteqrasiyasına dəstək göstərmək olub.

Tədbirdə çıxış edən “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov proqramın məqsədləri, iştirak qaydaları və seçim meyarları barədə ətraflı məlumat verib. O, həmçinin layihə çərçivəsində startap komandalarına təqdim olunan mentorluq dəstəyi, təlim proqramları və investisiya imkanlarını iştirakçıların diqqətinə çatdırıb.

Bildirilib ki, “5 qitə – 500 startap” şüarı ilə həyata keçirilən proqram gənc innovatorlara qlobal startap ekosistemlərinə çıxış imkanı yaradır, beynəlxalq mentorlarla əməkdaşlığı təşviq edir və perspektivli ideyaların investisiya cəlb etməsinə şərait yaradır.

İnfosessiyada Akademiyanın bakalavr və magistrantları fəal iştirak edərək proqramla bağlı suallarını ünvanlayıb, startap fəaliyyətinə qoşulma və ideyaların reallaşdırılması imkanları barədə ətraflı məlumat əldə ediblər.

Foto qalereya3

Reaksiyanızı bildirin