Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

ADDA-da yaz imtahan sessiyası keçirilir

02 İyun 2025
ADDA-da yaz imtahan sessiyası keçirilir

Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) 2024/2025-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb.

Bakalavriat səviyyəsi üzrə “Dəniz naviqasiyası mühəndisliyi”, “Gəmi energetik qurğularının istismarı mühəndisliyi”, “Elektrik və elektronika mühəndisliyi” və “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi”, təkrar ali təhsil pilləsi üzrə “Dəniz naviqasiyası mühəndisliyi”, “Gəmi energetik qurğularının istismarı mühəndisliyi”, magistratura səviyyəsi üzrə isə “Gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi”, “Dəniz texnikası və texnologiyası mühəndisliyi”, “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” və “Elektrik mühəndisliyi” ixtisasları üzrə tələbələr imtahanlarda iştirak edəcəklər.

İmtahanlar “Elektron akademiya” platforması üzərindən test, sistemdaxili yazılı, yazılı və şifahi (əsas ixtisas fənləri) formalarda keçirilir.

Yaz imtahan sessiyası 4 iyul 2025-ci il tarixinədək davam edəcək.

Foto qalereya5

Reaksiyanızı bildirin