Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

ADDA-da yaz semestrinə start verildi

16 Fevral 2026
ADDA-da yaz semestrinə start verildi

Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) yaz semestrinə start verilib.

XəzərNews.az xəbər verir ki, yaz semestri ərzində tələbələr həm nəzəri biliklərini möhkəmləndirəcək, həm də praktiki bacarıqlarını inkişaf etdirəcəklər. Müasir tədris proqramları və peşəkar müəllim heyəti gələcəyin dənizçilərinin beynəlxalq standartlara uyğun hazırlanmasına xidmət edir.

Akademiyada təhsil alan tələbələr qarşıdakı aylarda ixtisas fənləri üzrə dərslərlə yanaşı, laborator və praktiki məşğələlərdə də fəal iştirak edəcəklər. Məqsəd onların peşəkar dənizçi kimi formalaşmasına, təhlükəsizlik və naviqasiya sahəsində yüksək bilik və bacarıqlara yiyələnməsinə şərait yaratmaqdır.

Yeni tədris dövrünün başlanması münasibətilə akademiya rəhbərliyi və müəllim heyəti tələbələri təbrik edərək onlara uğurlar arzulayıb.

https://www.xezernews.az/az/adda-da-yaz-semestrine-start-verildi-fotolar

Foto qalereya6

Reaksiyanızı bildirin