Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

ADDA-da yaz semestrinin imtahan sessiyasina start verilib

01 İyun 2026
ADDA-da yaz semestrinin imtahan sessiyasina start verilib

01 iyun 2026-cı il tarixindən Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) 2025–2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə və ADDA üzrə təsdiq edilmiş imtahan cədvəlinə uyğun olaraq təşkil olunan imtahan sessiyası 03 iyul 2026-cı il tarixinədək davam edəcək.

İmtahan sessiyasının mütəşəkkil, şəffaf, obyektiv və normativ tələblərə uyğun keçirilməsinin təmin edilməsi məqsədilə Akademiya rəhbərliyi tərəfindən zəruri təşkilati tədbirlər görülüb. Sessiyanın gedişinə nəzarət etmək, tələbələrin müraciətlərini operativ araşdırmaq və imtahan prosesində yarana biləcək məsələləri çevik şəkildə həll etmək məqsədilə İmtahan Qərargahı və Müşahidə Qrupu yaradılıb.

İmtahanlar Akademiyanın hər iki tədris binasında təşkil olunur. Tələbələrin bilik və bacarıqlarının obyektiv qiymətləndirilməsi, akademik dürüstlük prinsiplərinin qorunması və imtahan prosesinin şəffaflığının təmin edilməsi əsas prioritetlər sırasındadır. Bu məqsədlə imtahanların keçirilməsi zamanı ictimai nəzarət mexanizmləri tətbiq olunur, müasir informasiya texnologiyalarından və “Elektron Akademiya” platformasının imkanlarından geniş istifadə edilir.

Sessiya çərçivəsində imtahanlar yazılı, test, sistemdaxili yazılı, sistemdaxili test-yazılı və şifahi formalarda keçirilir. İmtahan nəticələrinin operativ şəkildə tələbələrin istifadəsinə verilməsi, müraciətlərin vaxtında araşdırılması və apellyasiya prosedurlarının şəffaf şəkildə həyata keçirilməsi üçün müvafiq komissiyalar fəaliyyət göstərir.

Bütün tələbələrə imtahan sessiyasında uğurlar arzulayır və onları akademik etik davranış qaydalarına əməl etməyə dəvət edir, bilik və bacarıqlarını yüksək nəticələrlə nümayiş etdirmələrini arzu edirik.

Foto qalereya4

Reaksiyanızı bildirin