Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

ADDA əməkdaşlıq istiqamətlərini genişləndirir

04 Noyabr 2025
ADDA əməkdaşlıq istiqamətlərini genişləndirir

Azərbaycan Dövlət Dəniz Akademiyasında maddi-texniki bazanın möhkəmləndirilməsi, innovativ təhsil metodlarının geniş tətbiq olunması, qabaqcıl xarici ali məktəblərlə elmi əlaqələrin qurulması, idarəçilikdə rəqəmsal həllərdən istifadə olunması, tədris və istehsalat təcrübələrinin effektivliyinin artırılması üçün yeni tərəfdaşlıqların qurulması məqsədilə Akademiya rəhbərliyi cari tədris ilinin əvvəlindən yerli və xarici təşkilatların (İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, GİZ (Alman əməkdaşlıq təşkilatı), BP Azərbaycan, Türk İş Birliyi və Koordinasiya Agentliyi), eləcə də müxtəlif ölkələrin səfirliklərinin rəhbərləri və xarici universitetlərin aparıcı alimləri ilə bir sıra görüşlər keçirib.

Foto qalereya3

Reaksiyanızı bildirin