Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

ADDA ilə bp Azərbaycan arasında əməkdaşlığın əsası qoyuldu

10 Dekabr 2025
ADDA ilə bp Azərbaycan arasında əməkdaşlığın əsası qoyuldu

10 dekabr 2025-ci il tarixində Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) ilə bp arasında Əməkdaşlıq Sazişi imzalandı. Sazişi ADDA-nın rektoru vəzifəsi üzrə əmək funksiyalarının icrasını müvəqqəti icra edən, Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektor Eldar Qocayev və bp-nin Xəzər regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli imzaladılar.

Potensial birgə layihələrin həyata keçirilməsi üçün əsas prinsipləri müəyyənləşdirən bu sazişin məqsədi Akademiyanın yüksək ixtisaslı dənizçi kadrlar hazırlamaq potensialını və təhsil-sənaye əməkdaşlığını dəstəkləməkdir.

Sənədin imzalanması tədbirində Akademiya ilə bp şirkəti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib. Qarşılıqlı anlaşma şəraitində keçən tədbirdən sonra qonaqlar Akademiya ilə tanış olublar.

Reaksiyanızı bildirin