Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

ADDA kollektivi şəhidlərin xatirəsini yad edib

27 Sentyabr 2025
ADDA kollektivi şəhidlərin xatirəsini yad edib

44 günlük Vətən müharibəsi Azərbaycan tarixində xalqımızın birliyi, igidliyi və əzmi sayəsində şanlı Qələbə ilə başa çatdı. Bu Qələbə müasir tariximizə qızıl hərflərlə yazıldı. Prezident İlham Əliyevin Sərəncamına əsasən, ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsini əbədiləşdirmək məqsədilə sentyabrın 27-si Azərbaycanda Anım Günü elan edilib.

Sentyabrın 27-də Azərbaycan Dövlət Dəniz Akademiyasının professor-müəllim heyyəti, inzibati işçilər və tələbələr Zəfər parkını ziyarət edib. Onlar abidənin girişindəki xatirə daşının önünə gül dəstələri qoyaraq qəhrəman Vətən övladlarının ölməz ruhları qarşısında ehtiramlarını bildiriblər.

Foto qalereya1

Reaksiyanızı bildirin