Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

ADDA müəlliminin monoqrafiyası Almaniyada çap olunub

25 May 2021
ADDA müəlliminin monoqrafiyası Almaniyada çap olunub

Azərbaycan Dövlət Dəniz Akademiyasının "Tətbiqi mexanika" kafedrasının baş müəllimi, dissertant Gülşən Axundovanın həmmüəllifi olduğu 2 hissəli “Mathematical methods” adlı monoqrafiya Almaniyada nüfuzlu LAMBERT nəşriyyatında çap edilmişdir. Monoqrafiyada yer alan mövzular əsasən tətbiqi riyaziyyat və mexanika təhsili alan tələbələr üçün nəzərdə tutulmuşdur. Monoqrafiya riyazi hesablama üsullarına və bu üsulların tətbiqi ilə bir çox həll nümunələrinə həsr olunub. Bu, xarici ölkələrdə təhsil alan tələbələrə "Calculus" fənninin və Azərbaycanda "Ali riyaziyyat" fənninin sərbəst tədrisi üçün dəyərli vəsaitdir.

Foto qalereya1

Reaksiyanızı bildirin
ADDA müəlliminin monoqrafiyası Almaniyada çap olunub | ADDA