Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

ADDA-nın magistratura bölməsinə ayrılmış plan yerləri 100% dolub

21 İyul 2023
ADDA-nın magistratura bölməsinə ayrılmış plan yerləri 100% dolub

Dövlət İmtahan Mərkəzi 2023/2024-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına əsas yerləşdirmədən sonra qəbulun nəticələri haqqında statistik göstəriciləri açıqlayıb.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) qəbul planı 100 faiz dolan 13 ali təhsil müəssisəsindən biri olub.

Akademiya üzrə ən yüksək nəticə balı 92,5, ən minimal nəticə balı 45 olub.

Qeyd edək ki, 2023/2024-cü tədris ilində ADDA-nın magistratura pilləsinə qəbul üçün ümumilikdə 32 plan yeri ayrılıb. Qəbul Gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi, Dəniz texnikası və texnologiyası mühəndisliyi, Dəniz texnikası və avadanlıqlarının istismarı mühəndisliyi, Elektrik mühəndisliyi ixtisasları üzrə aparılıb.

Reaksiyanızı bildirin
ADDA-nın magistratura bölməsinə ayrılmış plan yerləri 100% dolub | ADDA