Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

ADDA-nın professoru beynəlxalq konfransda

24 İyun 2026
ADDA-nın professoru beynəlxalq konfransda

ADDA-nın “Tətbiqi mexanika” kafedrasının müdiri t.e.d., professor Yusif Həsənov 23–25 iyun tarixlərində Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “Riyaziyyat, mexanika və onların tətbiqlərinin müasir problemləri” (Modern Problems of Mathematics, Mechanics and Their Applications – MPMMA 2026) II Beynəlxalq Konfransda elmi məruzə ilə çıxış etmişdir.

Konfransın əsas məqsədi tətbiqi riyaziyyat, mexanika və onların müxtəlif elm və texnologiya sahələrində tətbiqləri üzrə son elmi nailiyyətlərin müzakirəsi, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, alimlər arasında təcrübə mübadiləsinin təşviqi və yeni tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsidir.

Konfransın seçilmiş materialları nüfuzlu “Springer” elmi jurnalında çap ediləcəkdir.

Foto qalereya2

Reaksiyanızı bildirin
ADDA-nın professoru beynəlxalq konfransda | ADDA