Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

ADDA-nın şöbə müdirinə elmi dərəcə verilib

19 May 2025
ADDA-nın şöbə müdirinə elmi dərəcə verilib

Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) Elmi-tədqiqat və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nəsir Hüseynova Milli təhlükəsizlik və hərbi elmlər doktoru elmi dərəcəsi verilib.

Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyəti 2 may 2025-ci il tarixində qərar qəbul edib.

Qeyd edək ki, uzun illər hərbi sahədə xidmət göstərmiş, istefada olan polkovnik, müharibə veteranı Nəsir Hüseynov 2019-cu ildən ADDA-da Humanitar fənlər kafedrasında professor vəzifəsində pedaqoji fəaliyyətə başlayıb. O, 2023-cü ilin fevralından ADDA-nın Elmi-tədqiqat və beynəlxalq əlaqələr şöbəsinin müdiridir.

Nəsir müəllimi təbrik edir, ona gələcək elmi və pedaqoji fəaliyyətlərində uğurlar arzulayırıq.

Foto qalereya1

Reaksiyanızı bildirin