Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

ADDA-nın tələbələri yay istehsalat təcrübəsi keçirlər

21 Avqust 2023
ADDA-nın tələbələri yay istehsalat təcrübəsi keçirlər

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) tələbələrinin yay istehsalat təcrübəsi davam edir.

Yay istehsalat təcrübəsinin əsas məqsədi tələbələrin ilboyu keçdikləri fənlərin nəzəri əsaslarının təcrübədən alınan biliklərlə zənginləşdirilməsinə şərait yaratmaqdır.

Akademiyanın bütün ixtisaslar üzrə 1, 2 və 3-cü kurs tələbələri ASCO-nun Dəniz Nəqliyyat Donanmasında (DND), Xəzər Dəniz Neft Donanmasında (XDND), Zığ Gəmi Təmiri və Tikintisi Zavodunda (ZGTTZ) və Bibiheybət Gəmi Təmiri Zavodunda (BGTZ) istehasalat təcrübəsindədirlər. Həmçinin bir qrup tələbə Bakı Gəmiqayırma Zavodunda təcrübə keçir.

Tələbələr yay istehsalat təcrübəsi zamanı müəssisələrdə, eləcə də gəmilərdə gedən iş prosesi ilə yaxından tanış olur, orada istismarda olan qurğular və avadanlıqları, texnoloji prosesləri öyrənir, həmçinin peşəkar mütəxəssislərlə birgə çalışmaq və onların iş təcrübələrindən yararlanmaq imkanı əldə edirlər.

Yay istehsalat təcrübəsi 7 sentyabradək davam edəcək. Yekunda tələbələrin əldə etdikləri təcrübi biliklər qiymətləndiriləcək və nəticələr haqqında hesabatlar tərtib ediləcək.

Foto qalereya5

Reaksiyanızı bildirin