Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

ADDA-nın yeni loqo layihələrinə baxış keçirilib

06 Mart 2026
ADDA-nın yeni loqo layihələrinə baxış keçirilib

Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) rektor səlahiyyətlərini müvəqqəti icra edən Eldar Qocayevin rəhbərlik etdiyi nümayəndə heyəti 5 mart 2026-cı il tarixində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında olub.

ADDA-nın Elmi Şurasının 26 fevral tarixli iclasında qəbul olunmuş “Akademiyanın yeni loqosunun yaradılması və dizaynı haqqında” qərarın icrası çərçivəsində təşkil olunub.

ADDA nümayəndə heyətini Rəssamlıq Akademiyasının rektoru Natiq Əliyev, prorektorlar və fakültə dekanı qarşılayıb. Bildirilib ki, müəllim və tələbələrin yaradıcı fəaliyyəti nəticəsində qısa müddətdə ümumilikdə 73 loqo eskizi hazırlanıb.

Eldar Qocayev rəhbərliyə təşəkkürünü bildirib və bütün müəlliflərin əməyini yüksək qiymətləndirilib. Seçiləcək və ADDA-nın rəsmi loqosu kimi təsdiq ediləcək layihənin müəllifi Akademiya tərəfindən mükafatlandırılacaq.

Görüş zamanı iki ali təhsil müəssisəsi arasında yaradıcı əməkdaşlığın əhəmiyyəti vurğulanıb və əməkdaşlığın gələcəkdə davam etdiriləcəyi bildirilib.

Foto qalereya4

Reaksiyanızı bildirin