Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

ADDA-nın yubileylərinə həsr olunmuş üzgüçülük yarışı keçirilib

08 May 2026
ADDA-nın yubileylərinə həsr olunmuş üzgüçülük yarışı keçirilib

Azərbaycan Dövlət Dəniz Akademiyasının 30 illik və Azərbaycanda Dənizçilik təhsilinin 145 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində xüsusi təyinatlı və texniki yönümlü ali təhsil müəssisələrinin tələbələri arasında üzgüçülük üzrə idman yarışı keçirilib.

Yarış Azərbaycan İdman Akademiyasının (ASA) Üzgüçülük hovuzunda təşkil olunub. Tədbirdə Azərbaycan Dövlət Dəniz Akademiyası, Azərbaycan İdman Akademiyası, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyası, Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Heydər Əliyev adına Hərbi İnstitut və Milli Aviasiya Akademiyasını təmsil edən ümumilikdə 40-a yaxın tələbə iştirak edib.

Tədbir ali təhsil müəssisələrinin parad keçidi ilə başlayıb. Tədbirdə ASA-nın prorektoru Rizvan Əliyev və ADDA-nın prorektoru İradə Süleymanova çıxış edərək tələbələrə uğurlar arzulayıb, yarışın ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişafına töhfəsini qeyd ediblər.

Yarış fərdi və komanda növləri üzrə keçirilib. Fərdi yarışda 7 ali təhsil müəssisəsindən 20 tələbə mübarizə aparıb. Komanda yarışında isə 5 ali təhsil müəssisəsinin komandaları iştirak edib. Qaliblər məsafəni ən qısa vaxtda qət edən idmançılar əsasında müəyyən olunub.

Fərdi yarışın qalibləri:
I yer – Abdurrəhman Rüstəmov (Azərbaycan İdman Akademiyası)
II yer – Səid Həmidov (Azərbaycan İdman Akademiyası)
III yer – Səfər Yusubov (Azərbaycan İdman Akademiyası)

Komanda yarışının qalibləri:

I YER: Azərbaycan İdman Akademiyası

II YER: Milli Aviasiya Akademiyası

III YER: Heydər Əliyev adına Hərbi İnstitut

Qaliblər diplom və mükafatlarla təltif olunublar.

Sonda tədbir Azərbaycan Dövlət Dəniz Akademiyasının himni ilə yekunlaşıb.

Foto qalereya6

Reaksiyanızı bildirin
ADDA-nın yubileylərinə həsr olunmuş üzgüçülük yarışı keçirilib | ADDA