ADDA nümayəndə heyəti GN Group Corporation-da görüş keçirib

19 may 2026-cı il tarixində Türkiyə Respublikasının İstanbul şəhərində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı ilə həyata keçirilən işgüzar səfər çərçivəsində Azərbaycan Dövlət Dəniz Akademiyası nümayəndə heyəti, akademiyanın rektoru vəzifəsini icra edən Eldar Qocayevin rəhbərliyi ilə GN Group Corporation (GN Group) şirkətinin İstanbul ofisində işgüzar görüş keçirib.
Görüşdə GN Group tərəfindən baş direktoru Ahmet Gün, baş direktor müavini Əli Əliyev, Texniki direktoru Elşən Balaşov, DPA və HSEQ meneceri Halil İbrahim Esa, Heyətin idarə edilməsi üzrə menecer Yasin Ayaz və sığorta hadisələri üzrə menecer Natiq Həsənov iştirak ediblər.
Görüşün əsas məqsədi Azərbaycan Dövlət Dəniz Akademiyası ilə GN Group arasında əməkdaşlığın daha da genişləndirilməsi, mövcud işgüzar münasibətlərinin möhkəmləndirilməsi və gələcək birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi olub.
Eldar Qocayev 2025/2026-cı tədris ilinin yaz semestrində Akademiyanın 13 tələbəsinin GN Group şirkətinin gəmilərində və müəssisələrində təcrübənin təşkilinə göstərilən dəstəyə görə şirkət rəhbərliyinə təşəkkürünü bildirib.
GN Group-un baş direktoru Ahmet Gün çıxışında ADDA ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edərək görüşün tərəflər arasında əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Baş direktor müavini Əli Əliyev isə ADDA tələbələrinin təcrübə dövründə yüksək bilik və peşəkar bacarıq nümayiş etdirmələrini qeyd edərək onların hazırlıq səviyyəsindən razılığını bildirib və yay təcrübəsi çərçivəsində əlavə 20 tələbənin istehsalat təcrübəsinin təşkilinə dəstək göstərəcəklərini diqqətə çatdırıb.
Bununla yanaşı, yaxın perspektivdə Akademiyanın professor-müəllim heyətinin beynəlxalq təcrübə və elmi əməkdaşlıq tədbirlərində iştirakına operativ dəstək verilməsi, xarici aparıcı mütəxəssislərin ADDA-da tədrisə cəlb olunmasına, həmçinin tələbələr üçün adlı təqaüd proqramının yaradılması imkanları müzakirə olunub.
"ADDA nümayəndə heyəti GN Group Corporation-da görüş keçirib" teqi üzrə xəbərlər : https://www.xezernews.az/az/adda-numayende-heyeti-gn-group-corporationda-gorus-kecirib;
https://turkmarinews.com/cooperation-meeting-held-between-adda-and-gn-group-4942

