Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

ADDA nümayəndə heyəti şəhid İlqar Əhmədovun xatirəsinə həsr olunmuş anım tədbirində iştirak edib

14 Aprel 2026
ADDA nümayəndə heyəti şəhid İlqar Əhmədovun xatirəsinə həsr olunmuş anım tədbirində iştirak edib

Azərbaycan Dövlət Dəniz Akademiyasının müəllim və tələbə heyəti İrəvan Teatrında 1994–1998-ci illərdə Bakı Dəniz Yolları Məktəbində təhsil almış şəhid İlqar Əhmədovun doğum gününə həsr olunmuş anım tədbirində iştirak edib.

Tədbirdə çıxış edən Akademiyanın dekan müavini Fərqan Kəlbiyev Akademiya rəhbərliyi adından şəhidin ailəsinə dərin hüznlə başsağlığı çatdırıb, şəhidlərimizin əziz xatirəsinin hər zaman uca tutulduğunu xüsusi vurğulayıb. O, qeyd edib ki, Vətən uğrunda canından keçmiş qəhrəmanların xatirəsi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır.

Anım tədbiri çərçivəsində Akademiyanın tələbəsi Mustafa Məhərrəmov şəhid İlqar Əhmədovun xatirəsinə həsr olunmuş şeirlər səsləndirib. Tədbir iştirakçıları tərəfindən şəhidin əziz xatirəsi ehtiramla yad edilib

Foto qalereya3

Reaksiyanızı bildirin