Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

ADDA nümayəndələri Gəncə məktəbliləri ilə görüş keçirib

25 May 2026
ADDA nümayəndələri Gəncə məktəbliləri ilə görüş keçirib

Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) nümayəndələri tərəfindən Gəncə şəhər 11 nömrəli tam orta məktəbdə maarifləndirici görüş keçirilib. Tədbirdə 11 nömrəli məktəblə yanaşı, şəhərin 9, 10 və 13 nömrəli məktəblərinin şagird və müəllim heyəti də iştirak edib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Ləman Həsənova qonaqları salamlayaraq yuxarı sinif şagirdləri üçün bu cür görüşlərin gələcək peşə seçimi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Daha sonra çıxış edən İlqar Abdullayev Akademiyanın ölkənin dənizçilik sahəsində strateji rolundan, beynəlxalq standartlara uyğun təhsil imkanlarından və məzunların dünya dənizçilik sektorundakı uğurlarından danışıb. O, dənizçilik peşəsinin məsuliyyətli və eyni zamanda nüfuzlu sahələrdən biri olduğunu vurğulayıb.

Tədbir çərçivəsində iştirakçılara ADDA-nın müasir laboratoriyaları, simulyator mərkəzləri, praktiki təlim imkanları və tələbə həyatını əks etdirən videoçarx nümayiş olunub.

Aytac Rüstəmli tədris prosesi, mövcud ixtisaslar, qəbul qaydaları və xarici dil biliklərinin dənizçilik sahəsində yaratdığı üstünlüklər barədə təqdimatla çıxış edib. Ruslan Əlicanov tələbələrin elmi və innovativ layihələrdə iştirakı, startap fəaliyyətləri və Akademiyada yaradılan rəqəmsal imkanlar barədə məlumat verib.

Tədbirin sonunda ADDA-nın I kurs tələbəsi Günay Kərimli tələbə həyatı, yataqxana şəraiti və mühəndislik təhsilinin üstünlükləri barədə təəssüratlarını bölüşüb.

Görüş məktəblilərin suallarının cavablandırılması və səmimi diskussiya şəraitində başa çatıb.

Foto qalereya4

Reaksiyanızı bildirin