Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

ADDA nümayəndələri Quba-Xaçmaz rayonlarında məktəblilərlə görüşüblər

15 May 2026
ADDA nümayəndələri Quba-Xaçmaz rayonlarında məktəblilərlə görüşüblər

Azərbaycanda dənizçilik təhsilinin 145 illiyi və Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) 30 illik yubileyi çərçivəsində Akademiyanın professor-müəllim heyətinin region məktəbliləri ilə görüşləri davam edir.

15 may 2026-cı il tarixində Quba-Xaçmaz rayonlarına ezam olunmuş ADDA nümayəndələri Xaçmaz rayonu Zərifə Əliyeva adına 2 saylı humanitar təmayüllü liseydə və Quba rayon 2 saylı təbiət təmayüllü liseydə görüşlər keçiriblər. Görüşlərdə Xaçmazın Köhnə Xaçmaz kənd tam orta məktəbi, şəhər 1, 6 və 8 nömrəli tam orta məktəblərinin, həmçinin Qubanın 2, 4 və 7 nömrəli tam orta məktəblərinin şagird və müəllim heyətləri iştirak ediblər.

Tədbirlərdə “Gəmi sürücülüyü” fakültəsinin dekan müavini, dosent F.M. Kəlbiyev təqdimatla çıxış edərək Akademiyanın strukturu, qəbul qaydaları, təhsil prosesi, tələbə həyatı və ADDA tələbələrinin malik olduqları imkanlar barədə ətraflı məlumat verib.

“Gəmiqayırma və gəmi təmiri” kafedrasının müdiri, dosent İ.A. Xankişiyev çıxışında ADDA-nın beynəlxalq əlaqələri, ali təhsilin müxtəlif səviyyələri üzrə tədrisin təşkili, təcrübələrin təşkili, məzunların karyera imkanları, ADDA diplomlarının beynəlxalq aləmdə tanınması haqqında danışıb.

“Dəniz naviqasiyası” kafedrasının baş müəllimi S.Ş. Gözəlova isə “Dəniz naviqasiyası mühəndisliyi” ixtisasının inkişaf perspektivləri, müasir tendensiyalar və Akademiyanın üstünlükləri barədə iştirakçılara məlumat verib.

Görüşlərin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Foto qalereya9

Reaksiyanızı bildirin