Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

ADDA nümayəndələri Şəkidə abituriyentlərlə maarifləndirici görüş keçirib

25 May 2026
ADDA nümayəndələri Şəkidə abituriyentlərlə maarifləndirici görüş keçirib

Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) nümayəndələri tərəfindən Şəki şəhər 5 nömrəli tam orta məktəbdə peşəyönümlü təqdimat tədbiri keçirilib. Tədbirdə Şəki şəhərinin 5, 7 və 10 nömrəli məktəblərinin, eləcə də Fizika-riyaziyyat və humanitar təmayüllü liseyin yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Filyar İbrahimova qonaqları salamlayaraq dənizçilik peşəsinin Azərbaycanın iqtisadi inkişafındakı mühüm rolundan danışıb. O qeyd edib ki, Şəki gənclərinin beynəlxalq səviyyəli ali təhsil müəssisələrinə maraq göstərməsi onların gələcəkdə qlobal mütəxəssis kimi formalaşmaq istəyinin göstəricisidir.

Daha sonra çıxış edən İlqar Abdullayev Akademiyanın zəngin təhsil bazası, beynəlxalq standartlara uyğun tədris imkanları və məzunların dünya dənizçilik sektorundakı uğurları barədə məlumat verib. O qeyd edib ki, ADDA-nın təqdim etdiyi diplom və sertifikatlar dünyanın bir çox ölkəsində tanınır və məzunlara beynəlxalq sularda fəaliyyət göstərmək imkanı yaradır.

Tədbir çərçivəsində iştirakçılara Akademiyanın müasir simulyatorları, laboratoriyaları və praktiki təlim imkanlarını əks etdirən videoçarx nümayiş olunub. Videomaterial şagirdlər tərəfindən böyük maraqla qarşılanıb.

Ruslan Əlicanov çıxışında Akademiyada həyata keçirilən elmi-tədqiqat layihələri, innovativ təşəbbüslər və rəqəmsal texnologiyaların tətbiqi barədə məlumat verib. O, xüsusilə süni intellekt və texnoloji layihələrin dənizçilik sahəsində yaratdığı yeni imkanları diqqətə çatdırıb.

Tədbirin sonunda “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisasının I kurs tələbəsi Günay Kərimli tələbə həyatı, təqaüd proqramları və Akademiyada yaradılan sosial imkanlar barədə təəssüratlarını bölüşüb.

Foto qalereya4

Reaksiyanızı bildirin