Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

ADDA professorunun kitabı Qazaxıstanda nəşr olunub

14 Aprel 2026
ADDA professorunun kitabı Qazaxıstanda nəşr olunub

Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) "Tətbiqi mexanika" kafedrasının müdiri, professor Yusif Həsənovun həmmüəllifliyi ilə ərsəyə gələn “Metrologiya: Ölçmə nəticələrinin işlənməsi, qeyri-müəyyənlik və normativ təminat” adlı monoqrafiya Qazaxıstanda işıq üzü görüb. Qazaxıstanın aparıcı metrologiya institutlarının və Satbayev Universitetinin tanınmış alimlərinin rəy verdiyi kitab K.İ. Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti tərəfindən nəşr olunub.

Müasir metrologiyanın ən aktual məsələlərindən bəhs edən 237 səhifədən ibarət bu nəşrdə Beynəlxalq Ölçü və Çəki Bürosu (BIPM) və Beynəlxalq Qanunvericilik Metrologiyası Təşkilatının (OIML) tövsiyələri əsasında geniş təhlil olunub. Kitabda ölçmə nəticələrinin riyazi işlənməsi metodları, etalonların və ölçmə vasitələrinin metroloji xarakteristikaları, həmçinin iyerarxik sistemlərin yaradılması prinsipləri həm nəzəri, həm də praktiki aspektdən araşdırılıb. Monoqrafiyada xüsusilə, müxtəlif ölçmə tipləri üçün qeyri-müəyyənliyin qiymətləndirilməsi metodları konkret hesablamalar və modellərlə izah edilib.

Əsər metrologiya, standartlaşdırma və sertifikatlaşdırma sahəsində fəaliyyət göstərən mütəxəssislər, elmi tədqiqatçılar və texniki ixtisaslar üzrə təhsil alan tələbələr üçün fundamental mənbə hesab olunur.

Foto qalereya2

Reaksiyanızı bildirin