Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

ADDA tələbələri arasında futbol yarışı başlayıb

27 Aprel 2022
ADDA tələbələri arasında futbol yarışı başlayıb

**"**Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) tələbələri arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan futbol yarışı keçirilir.

Akademiya rəhbərliyinin təşəbbüsü ilə baş tutan yarışa ADDA-nın bütün ixtisasları üzrə təhsil alan tələbələrindən ibarət 20 komanda qatılıb. Komandalar 5 qrupa bölünərək mübarizə aparırlar.

Oyunlar dərslərdən sonra “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun idman meydançasında keçirilir.

Qeyd edək ki, final oyunu 10 mayda baş tutacaq.

Foto qalereya4

Reaksiyanızı bildirin
ADDA tələbələri arasında futbol yarışı başlayıb | ADDA