Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

ADDA tələbələri “Azərkitab” Kitab Təbliğat Mərkəzində olublar

25 Noyabr 2017
ADDA tələbələri “Azərkitab” Kitab Təbliğat Mərkəzində olublar

Bu günlərdə “Azərkitab” Kitab Təbliğat Mərkəzində möhtəşəm bir layihənin imzalanma mərasimi keçirilib. Belə ki, layihə çərçivəsində “Azərkitab” KTM dünya şöhrətli yazıçı, detektiv janrının ustası, Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayeva arasında Müəllif Lisenziya Müqaviləsinin imzalanma mərasimi keçirilib. Bu Müqaviləyə əsasən “Azərkitab” Kitab Təbliğatı Mərkəzi yazıçı Çingiz Abdullayevin 3 kitabını, 2 yeni - “Торжество хама”, “Южная рапсодия”, həmçinin ona şöhrət gətirən “Голубые ангелы” əsərlərinin rus dilində nəşrini və çapını həyata keçirərək, dünyanın bir sıra ölkələrinə ixracını təmin etməyi planlaşdırır. Bu razılaşma “Azərkitab”ın müəllifin kitablarının premyeralarını həm Bakıda, Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərində, eləcə də MDB ölkələrində təşkilini nəzərdə tutur. Tədbirin sonunda Akademiya tələbələrinin iştirakı ilə oxucularla görüş keçirilib. Görkəmli yazıçı tələbələrin suallarını cavablandıraraq kitablarına xatirə sözləri və imza atıb. Bu cür görüşlərin keçirilməsinin gənc nəslin kitaba, müasir Azərbaycan ədəbiyyatına olan marağının gücləndirilməsində çox faydalı olduğu vurğulanıb.

Foto qalereya8

Reaksiyanızı bildirin