Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

ADDA tələbələri Türkiyədə təcrübə keçir

31 Mart 2026
ADDA tələbələri Türkiyədə təcrübə keçir

Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) ilə Türkiyə Respublikasında gəmiçilik sahəsində fəaliyyət göstərən GN Group Corporation arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində Akademiyanın müxtəlif ixtisasları üzrə 15-dən çox tələbə şirkətə məxsus gəmilərdə və gəmiqayırma müəssisələrində diplomqabağı istehsalat təcrübəsinə cəlb olunmuşdur.

6 fevral 2026-cı il tarixində başlayan təcrübə proqramının 2026-cı ilin may ayının sonunadək davam etməsi nəzərdə tutulur. Proqram çərçivəsində tələbələrin nəzəri biliklərinin real istehsalat mühiti ilə inteqrasiyası, peşəkar bacarıqlarının inkişafı və beynəlxalq gəmiçilik standartlarına uyğun praktiki vərdişlərinin formalaşdırılması nəzərdə tutulur.

Təcrübə müddətində tələbələr Qara, Mərmərə, Egey və Aralıq dəniz akvatoriyalarında üzərək müxtəlif beynəlxalq limanlara səfərlər edir, gəmi idarəetməsi, naviqasiya təminatı və texniki istismar və gəmiqayırma prosesləri üzrə müasir texnologiyalarla birbaşa tanış olmaq imkanı əldə edirlər.

GN Group Corporation tərəfindən təcrübə müddətində yüksək nəticələr göstərən tələbələr sertifikatlarla təltif olunmuşdur.

Qeyd edək ki, ADDA ilə GN Group Corporation arasında qurulmuş əməkdaşlıq tələbələrin tələbələrin beynəlxalq əmək bazarına inteqrasiyasına, onların rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşmasına və dənizçilik sahəsində insan kapitalının inkişafına mühüm töhfə verir.

Foto qalereya5

Reaksiyanızı bildirin
ADDA tələbələri Türkiyədə təcrübə keçir | ADDA