Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

ADDA tələbələrinin Bakı Gəmiqayırma Zavodundakı təcrübəsi başa çatıb

04 Avqust 2021
ADDA tələbələrinin Bakı Gəmiqayırma Zavodundakı təcrübəsi başa çatıb

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının “Gəmiqayırma və gəmi təmiri” ixtisasının tələbələrinin Bakı Gəmiqayırma Zavodunun Tədris Mərkəzində növbəti təcrübə proqramı başa çatıb.

60 saatlıq təcrübə proqramında tərtib olunan plana əsasən, tələbələrə texniki təhlükəsizlik təlimləri və istehsalat prosesi ilə tanışlıq proqramı təşkil olunub.

Ümumilikdə proqramda fəal iştirak edən, davamiyyəti 80% -dən çox olan, nəzəri və praktiki qiymətləndirməni müvəffəqiyyətlə keçən/uğurla bitirən tələbələrə “Bakı Gəmiqayırma Zavodu"MMC tərəfindən sertifikatlar təqdim edilib.

Foto qalereya4

Reaksiyanızı bildirin
ADDA tələbələrinin Bakı Gəmiqayırma Zavodundakı təcrübəsi başa çatıb | ADDA