Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

ADDA tələbələrinin diplomqabağı təcrübəsi başlayıb

05 Fevral 2025
ADDA tələbələrinin diplomqabağı təcrübəsi başlayıb

ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) IV kurs tələbələri üçün diplomqabağı təcrübə mərhələsi start götürüb. Təcrübə proqramı çərçivəsində tələbələr müxtəlif gəmiçilik qurumlarında praktiki biliklərini artıracaqlar.

Təcrübəyə cəlb olunan tələbələrdən 57 nəfəri Xəzər Dəniz Neft Donanmasında (XDND), 40 nəfəri isə Dəniz Nəqliyyatı Donanmasında (DND) təcrübə keçəcək. Bundan əlavə, 15 nəfər digər gəmiçilik şirkətlərində, 3 nəfər isə Dövlət Dəniz və Liman Agentliyində (DDLA) təcrübə proqramına qatılacaq.

Bu gün XDND və DND-də təcrübəyə başlayan tələbələrə müvafiq idarələrdə texniki təhlükəsizlik qaydaları ilə bağlı təlimat verilib.

Diplomqabağı təcrübə tələbələrin nəzəri biliklərini təcrübədə tətbiq etmələri üçün vacib mərhələ hesab edilir və onların gələcək peşə fəaliyyətinə mühüm töhfə verəcək.

Foto qalereya5

Reaksiyanızı bildirin