Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

ADDA tələbələrinin diplomqabağı üzmə təcrübəsi uğurla başa çatıb

24 İyun 2026
ADDA tələbələrinin diplomqabağı üzmə təcrübəsi uğurla başa çatıb

Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) 2025/2026-cı tədris ilinin buraxılış kursları üzrə təşkil olunan diplomqabağı üzmə təcrübəsi uğurla yekunlaşıb. Təcrübə çərçivəsində “Dəniz naviqasiyası mühəndisliyi”, “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi”, “Elektrik və elektronika mühəndisliyi” və “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” və ixtisasları üzrə təhsil alan tələbələr nəzəri biliklərini real istehsalat və gəmiçilik mühitində tətbiq etmək imkanı əldə ediblər.

ADDA-nın müvafiq əmrinə əsasən, “Dəniz naviqasiyası mühəndisliyi”, “Elektrik və elektronika mühəndisliyi” və “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisasları üzrə təhsil alan tələbələr 6 fevral 2026-cı il tarixindən 29 may 2026-cı il tarixinədək diplomqabağı üzmə təcrübəsinə cəlb olunublar. “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisasının tələbələri isə 16 fevral–22 may 2026-cı il tarixlərində istehsalat müəssisələrində diplomqabağı üzmə təcrübəsi keçiblər.

Təcrübələr “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Dəniz Nəqliyyat Donanması və Xəzər Dəniz Neft Donanmasının tərkibində fəaliyyət göstərən müxtəlif tipli gəmilərində, eləcə də “GN Group Corporation”, “BUE Caspian Limited”, “Caspian Marine Services B.V.”, “Statü Gemi Kiralama və Ticaret Limited” şirkətlərinin gəmilərində, “Bakı Gəmiqayırma Zavodu” MMC-də və digər istehsalat sahələrində keçirilib.

Təcrübə müddətində tələbələr müasir dənizçilik sənayesində tətbiq olunan texnologiyalarla yaxından tanış olub, istehsalat proseslərinin müxtəlif mərhələlərində iştirak edərək peşə bacarıqlarını inkişaf etdiriblər.

Təcrübənin yekun mərhələsində tələbələrin istehsalat fəaliyyəti təcrübə keçdikləri müəssisələr tərəfindən qiymətləndirilib, görülmüş işlər və qazandıqları peşə səriştələri barədə hesabatlar ADDA üzrə yaradılmış müvafiq komissiyalar tərəfindən qiymətləndirilib.

Yekunda 148 tələbənin diplomqabağı təcrübə nəticələri qiymətləndirilib.

İxtisas

Tələbə
sayı

Qiymətləndirmə nəticələri

Gəlmədi

Müvəffəqiyyət %

Keyfiyyət %

A

B

C

D

E

F

Dəniz naviqasiyası mühəndisliyi

83

5

24

39

14

0

0

1

98,8

82

Gəmiqayırma və gəmi təmiri mühəndisliyi

12

2

3

1

6

0

0

0

100

50

Elektrik və elektronika mühəndisliyi

14

2

5

6

1

0

0

0

100

92,9

Gəmi energetik qurğularının istismarı mühəndisliyi

50

7

17

23

3

0

0

0

100

94

Cəmi

159

16

49

69

24

0

0

1

99

84,3

İxtisaslar üzrə yüksək nəticə göstəriciləri də diqqət çəkib. Belə ki, “Dəniz naviqasiyası mühəndisliyi” ixtisasında tələbələrin 82 faizi, “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisasında 50 faizi, “Elektrik və elektronika mühəndisliyi” ixtisasında 92,9 faizi, “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisasında 94 faizi təcrübəni A, B və C qiymətləri ilə başa vurub.

Əldə olunan nəticələr tələbələrin nəzəri biliklərini real istehsalat və gəmiçilik mühitində uğurla tətbiq etdiklərini, peşə hazırlığı səviyyələrinin əmək bazarının tələblərinə uyğun formalaşdığını bir daha təsdiqləyib. Diplomqabağı təcrübəni müvəffəqiyyətlə başa vuran tələbələrə müvafiq ixtisaslar üzrə bakalavr dərəcəsinin verilməsi üçün əsas yaranıb.

Foto qalereya5

Reaksiyanızı bildirin
ADDA tələbələrinin diplomqabağı üzmə təcrübəsi uğurla başa çatıb | ADDA