ADDA tələbəsi respublika yazı müsabiqəsində III yer qazanıb

8 may 2026-cı il tarixində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi İnstitutunda 10 May – Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Dahilər tarix yazır” mövzusunda 15 ali təhsil müəssisəsi arasında yazı müsabiqəsi keçirilib. Müsabiqənin əsas məqsədi Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, təbliği və gənc nəslə çatdırılması olub.
Müsabiqədə ADDA-nın “Gəmi sürücülüyü” fakültəsinin “Dəniz naviqasiyası mühəndisliyi” ixtisasının I kurs 055A4 qrup tələbəsi Şərifov Yaqub Cəsarət oğlu iştirak edib. Tələbəmiz uğurlu çıxışı ilə III yerə layiq görülərək sertifikatla təltif olunub.
Bununla yanaşı, müasir dövrdə gəncliyin cəmiyyət həyatında rolu, sosial məsuliyyəti, dövlətçilik dəyərlərinə bağlılığını, həmçinin gənclər arasında fikir mübadiləsini və elmi əməkdaşlığı təşviq etmək məqsədilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi İnstitutunda Kursant Elmi Cəmiyyətinin təşkilatçılığı ilə 21 may 2026-cı il tarixində "Cəmiyyətin inkişafında Azərbaycan gəncliyinin rolu və məsuliyyəti" mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Yaqub Şərifov konfransda məruzə ilə çıxış etmişdir.

