Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

ADDA TGT sədr seçkilərinin müsahibə mərhələsi başa çatıb

08 İyun 2026
ADDA TGT sədr seçkilərinin müsahibə mərhələsi başa çatıb

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən rəsmi Facebook və İnstagram sosial şəbəkə ünvanlarında elan edilmiş Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) Tələbə Gənclər Təşkilatının (TGT) sədr seçkiləri çərçivəsində namizədlərlə müsahibə mərhələsi keçirilib.

3 iyun 2026-cı il tarixində ATGTİ-da müsahibə mərhələsi keçirilib. Müsahibə zamanı ATGTİ-nin səlahiyyətli nümayəndəsi Bəxtiyar Quluzadə tərəfindən namizədlərin liderlik potensialı, təşkilatçılıq və idarəetmə bacarıqları, dünyagörüşü, eləcə də TGT-nin gələcək inkişafı ilə bağlı baxışları qiymətləndirilib. Eyni zamanda, tələbələrin sosial fəallığının artırılması, asudə vaxtının səmərəli təşkili və yeni layihələrin həyata keçirilməsi istiqamətində təklifləri dinlənilib

Müvafiq əsasnamənin tələblərinə uyğun olaraq sənəd qəbulu mərhələsini uğurla tamamlayan Hüseyn Camallı, Mirzə Həsənli, Tarif Kərimli, Möhsün Abbasov və Elşən Şirəliyev müsahibə mərhələsində iştirak ediblər. Şəffaf və obyektiv qiymətləndirmə prosesinin nəticələrinə əsasən Hüseyn Camallı, Möhsün Abbasov və Elşən Şirəliyev seçkilərin növbəti mərhələsinə vəsiqə qazanıblar.

Səsvermə və namizədlərin seçki platformalarının təqdimatı mərhələsi ilə bağlı ətraflı məlumat yaxın günlərdə Akademiyanın rəsmi informasiya resurslarında paylaşılacaq.

Foto qalereya4

Reaksiyanızı bildirin