Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

ADDA və ODTÜ rəhbərliyi aktiv akademik və elmi əməkdaşlığa başlamaq imkanlarını müzakirə ediblər

21 Yanvar 2026
ADDA və ODTÜ rəhbərliyi aktiv akademik və elmi əməkdaşlığa başlamaq imkanlarını müzakirə ediblər

19 yanvar 2026-cı il tarixində Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) ilə Türkiyənin Orta Doğu Texniki Universiteti (ODTÜ) rəhbərliyi arasında onlayn formatda əməkdaşlıq görüşü keçirilib. Görüşdə ADDA-nın rektor vəzifəsini icra edən Eldar Qocayev və ODTÜ-nün rektoru Ahmet Yozgatlıgil öz akademik və inzibati komandaları ilə birlikdə iştirak ediblər.

Görüş zamanı tərəflər ADDA ilə ODTÜ arasında akademik və elmi əməkdaşlığın qurulması və inkişaf etdirilməsi imkanlarını müzakirə ediblər. Müzakirələr əsasən müasir və rəqəmsal tədris modellərinin tətbiqi, birgə elmi-tədqiqatlar, akademik mübadilə, eləcə də universitet idarəçiliyində keyfiyyət təminatı məsələlərini əhatə edib.

Görüşün sonunda tərəflər iki ali təhsil müəssisəsi arasında mümkün ən yaxın dövrdə konkret sahələr üzrə əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması üçün birgə tədbirlərin görülməsi barədə razılığa gəliblər. Bu əməkdaşlığın hər iki ali təhsil müəssisəsinin beynəlxalq akademik mövqeyinin gücləndirilməsinə töhfə verəcəyi vurğulanıb.

Foto qalereya7

Reaksiyanızı bildirin