Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

ADDA-ya ən yüksək balla qəbul olan tələbə

05 Oktyabr 2021
ADDA-ya ən yüksək balla qəbul olan tələbə

Xədicə Zamanova ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasına bu il ən yüksək balla (598) daxil olan tələbəsidir.

O, Dəniz naviqasiyası mühəndisliyi ixtisası üzrə İngilis dilində təhsil alacaq. Qrupun yeganə xanım tələbəsi olan Xədicə bu ixtisası səyahətə olan marağına görə seçib. Dənizçi olub suları fəth etmək, dünyanın müxtəlif dəniz və liman şəhərlərində olmaq onun ən böyük arzusudur.

Xədicəni təbrik edir, ona dərslərində müvəffəqiyyətlər arzulayırıq.

Foto qalereya3

Reaksiyanızı bildirin
ADDA-ya ən yüksək balla qəbul olan tələbə | ADDA