Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

ADK tələbələri diplomqabağı təcrübələrini "Sabit Orucov" gəmisində keçəcəklər

08 Fevral 2023
ADK tələbələri diplomqabağı təcrübələrini "Sabit Orucov" gəmisində keçəcəklər

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) təkrar ali təhsil alan və Azərbaycan Dənizçilik Kollecinin (ADK) sonuncu kurs tələbələrinin diplomqabağı təcrübəsi başlayır.

Təkrar ali təhsil alan tələbələrin təcrübə dövrü 9 fevral-17 may tarixlərini əhatə edəcək. ADK tələbələri isə cari ilin 9 fevralından 3 mayadək təcrübədə olacaqlar. Tələbələr təcrübələrini ASCO-nun “Sabit Orucov” sərnişin gəmisində keçəcəklər.

Təcrübəyə yollanmamışdan öncə tələbələrə əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ekologiya şöbəsinin əməkdaşları tərəfindən “Giriş təlimatı” keçirilib.

Bundan əvvəlki illərdə tələbələr təcrübə zamanı ixtisaslarına uyğun ümumi məlumat xarakterli praktiki biliklər toplayırdılarsa, bu dəfə onlar Dənizçilərin Hazırlanması, Sertifikatlandırılması və Növbə Çəkmələri haqqında (DHSNÇ-78) Beynəlxalq Konvensiyanın tələblərinə uyğun tam sərbəst növbəçəkməyə cəlb ediləcəklər.

Təcrübə bitdikdən sonra hər tələbə gəmidə olduğu müddətdə görülən işlər haqqında Beynəlxalq Konvensiyanın tələblərinə uyğun “Təcrübə jurnalı”nda apardıqları qeydlər əsasında hesabat hazırlayacaq. Hesabat ixtisas kafedralarının müəllimlərindən ibarət komissiya tərəfindən dinlənilərək qiymətləndiriləcək. Bu qiymət tələbənin Yekun Dövlət Attestasiya imtahanına buraxılmasında əsas rol oynayacaq.

Foto qalereya3

Reaksiyanızı bildirin
ADK tələbələri diplomqabağı təcrübələrini "Sabit Orucov" gəmisində keçəcəklər | ADDA