Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

Adnan Menderes Universitetinin nümayəndələri ADDA-da

21 Aprel 2017
Adnan Menderes Universitetinin nümayəndələri ADDA-da

Aprelin 21-də Türkiyənin Adnan Menderes Universitetinin nümayəndələri-İlknur Kayar, Namık Gülhan və Mustafa Süzmetaş Azərbaycan Dövlət Dəniz Akademiyasında olmuşlar. Akademiyanın elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru, professor Zahid Şərifov ilə görüşdə qarşılıqlı əməkdaşlığın və tələbə mübadiləsinin perspektivləri müzakirə edilib. Akademiyadan və bu səmimi görüşdən məmnun qaldıqlarını bildirən qonaqlar ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi arzusunda olduqlarını bildiriblər.

Foto qalereya6

Reaksiyanızı bildirin