Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

Akademiya tələbələri “Elm” muzeyində

14 Oktyabr 2025
Akademiya tələbələri “Elm” muzeyində

Bu günlərdə Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri interaktiv “Elm” muzeyində maarifləndirici tədbirdə iştirak ediblər.

Muzeyin qurucusu və interaktiv təcrübələrin müəllifi Elçin Abbasov tələbələrə muzeydəki eksponatların hazırlanma prosesi barədə məlumat verib. O, 150-dən çox eksponatların yerli imkanlarla hazırlandığını, bu eksponatların dinamika, elektromaqnetizm, termodinamika, optika və digər sahələrdə elmi prinsipləri əyani şəkildə nümayiş etdirdiyini bildirib.

Muzeydə tələbələr “Tətbiqi mexanika” kafedrasının müdiri, professor Y.Həsənov və dosent Ş.Yusubovun rəhbərliyi ilə interaktiv təcrübələrdə iştirak ediblər, sənaye inqilabının əsasını qoyan buxar mühərriklərindən müasir dövrün mühərriklərinə qədər müxtəlif texnoloji eksponatlarla tanış olublar. Tədbir elmi biliklərin təbliği baxımından tələbələr üçün əhəmiyyətli təcrübə olub.

Foto qalereya4

Reaksiyanızı bildirin