Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

Akademiya tələbələrinin uğuru

16 May 2024
Akademiya tələbələrinin uğuru

Bu günlərdə Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda Ali təhsil müəssisələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş üzgüçülük yarışı keçirilmişdir.

Yarışda “Azərbaycan Dövlət Dəniz Akademiyası” PHŞ-nin komandası iştirak edərək III yeri tutmuşdur. Komandamız Kubok və medallarla, eyni zamanda İnstitutun rektoru vəzifəsini icra edən, Vətən Müharibəsi qəhrəmanı, polkovnik Nizami Mövlanov tərəfindən “Fəxri Fərman”la təltif olunmuşlar.

08.05.2024-cü il tarixində ADDA üzgüçülərimizlə görüş keçirilmişdir. Görüşdə çıxış edən Akademiyanın elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Vüqar Sadıqov gəncləri Akademiya rəhbərliyi adından təbrik edərək belə yarışlarda yer qazanmanın tələbələrimizin böyük uğuru olduğunu vurğulamış, ADDA Rektorunun tapşırığı ilə mükafatlandırılacaqlarını bildirmişdir. Daha sonra çıxış edən “Gəmi sürücülüyü” fakültəsinin dekanı Elnur Abbasov yarışda iştirak edən tələbələrə yeni uğurlar arzulamışdır.

Foto qalereya6

Reaksiyanızı bildirin
Akademiya tələbələrinin uğuru | ADDA