Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

Akademiyada Anım Günü tədbiri

26 Sentyabr 2025
Akademiyada Anım Günü tədbiri

Azərbaycan Dövlət Dəniz Akademiyasında 27 Sentyabr - Anım Günü ilə bağlı tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

ADDA-nın Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Eldar Qocayev bildirib ki, 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində igid, qəhrəman oğullarımız göstərdikləri şücaətlə bir daha xalqımızın böyüklüyünü sübut etdilər. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Milli Ordunun rəşadəti, xalq və dövlətin birliyi ilə 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara yazılıb. Qarabağı, işğalda olan torpaqlarımızı geri qaytarmaq üçün Vətən müharibəsinə başladığımız 27 sentyabr tarixi, qalib ölkənin vətəndaşı olmaq sevincini bizlərə yaşadan o gün xalqımızın tarixində silinməz iz buraxıb.

Sonra ADDA-nın Qarabağ müharibəsində iştirak edən müəllim və tələbələri: Nəsir Hüseynov, Ruslan Əlicanov, Sərxan Əhmədli, Yaqub Kazımov, İvan Levşa, Samid İbadzadə, Telman Quliyev, Məftun Cavadov çıxış edərək öz döyüş xatirələrini bölüşüblər, şəhidlərin xalqımız üçün əbədi qürur mənbəyi olduğunu vurğulayıblar.

Reaksiyanızı bildirin