Akademiyada Master-klass

Oktyabrın 7-də Qazaxıstan Respublikasının Qızıl Orda universitetinin professoru Umirbek Umbetov Azərbaycan Dövlət Dəniz Akademiyasının qonağı olub. O, professor-müəllim heyəti və tələbələrin iştirakı ilə “Urbanizasiya və su ehtiyatlarının rəqəmsallaşdırılması” mövzusunda master-klass keçirib.
Akademiya rektorunun müşaviri Vüqar Sadıqov qonağı təqdim edərək, gənclərin elmi fəaliyyətə marağının artırılması istiqamətində aparılan işlərdən danışıb.
Elmi-tədqiqat və beynəlxalq əlaqələr şöbəsinin müdiri, professor Nəsir Hüseynov beynəlxalq əlaqələr və ölkələrarası elmi-tədqiqat fəaliyyəti barədə məlumat verib, akademiyada qazax tələbələrin ikili diplom proqramı çərçivəsində tədrisinə toxunub.
Sonda professor Umirbek Umbetov dəvətə görə Akademiya rəhbərliyinə təşəkkürünü bildirib və master-klass dərsinin təşkilindən razılığını ifadə edib.

