Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

Alimlərimizin uğuru

14 İyun 2022
Alimlərimizin uğuru

Təqdirəlayiq haldır ki, ADDA-nın “Humanitar fənlər” kafedrasının əməkdaşları tərəfindən 2021/2025-ci illər üçün aparılan “Müasir Azərbaycanın müstəqilliyini şərtləndirən amillər” adlı elmi-tədqiqat işi Azərbaycan Milli Elmlər Akademiyasının 2021-ci ildəki fəaliyyəti haqqında Hesabata salınıb. (AMEA, Hesabat, II cild, 2021)

Elmi-tədqiqat işində milli müstəqilliyimizin bütün dövrlərini və aspektlərini əhatə edən fundamental əsas kimi, “dövlət müstəqilliyi - suverenlikdir” ideyası götürülüb. Burada dövlət suverenliyi anlayışı milli suverenlik anlayışı ilə sıx əlaqədə nəzərdən keçirilir, o cümlədən ərazi bütövlüyü və onun toxunulmazlığı, milli özünüdərki formalaşdıran amillər sırasında mənəvi dəyərlərin xüsusi önəm daşıdığı qeyd olunur.

Elmi-tədqiqat işinin rəhbəri və məsul icraçısı “Humanitar fənlər” kafedrasının müdiri, dosent İlqar Abdullayevdir.

Reaksiyanızı bildirin
Alimlərimizin uğuru | ADDA