Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

ASCO-da Gənclər Gününə həsr olunmuş Nə? Harada? Nə zaman? intellektual oyunu keçirilib

31 Yanvar 2024
ASCO-da Gənclər Gününə həsr olunmuş Nə? Harada? Nə zaman? intellektual oyunu keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) Gənclər Gününə həsr olunmuş Nə? Harada? Nə zaman? intellektual oyunu keçirilib.

Yarış ümumilikdə 8 komandanın iştirakı ilə baş tutub.

Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələrindən ibarət komanda oyunun qalibi olub. “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun komandası ikinci, ASCO Aparatının təmsilçiləri isə üçüncü yerə layiq görülüblər.

Sonda qalib komandalar mükafatlandırılıb.

Qeyd edək ki, ASCO-da komanda ruhunun yüksəldilməsi, əməkdaşların dünyagörüşünün artırılması məqsədilə İnsan resurslarının idarəedilməsi departamenti tərəfindən bu cür intellektual oyunlar mütəmadi olaraq təşkil edilir.

Foto qalereya6

Reaksiyanızı bildirin