Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

ASCO-nun Təlim Tədris Mərkəzinin direktoru Dinamik Mövqe Saxlama təlimlərinə həsr olunmuş konfransda iştirak edib

26 Sentyabr 2023
ASCO-nun Təlim Tədris Mərkəzinin direktoru Dinamik Mövqe Saxlama təlimlərinə həsr olunmuş konfransda iştirak edib

“Azәrbaycan Xәzәr Dәniz Gәmiçiliyi” QSC-nin (ASCO) Azәrbaycan Dövlәt Dәniz Akademiyasının Tәlim Tәdris Mәrkәzinin direktoru Emil Manafov Böyük Britaniyanın nüfuzlu “The Nautical İnstitute” təşkilatının Dinamik mövqe saxlama (DP) təlimləri ilə bağlı Misirin Şarm Əl-Şeyx şəhərində keçirilən konfransında iştirak edib.

Üç gün davam edən iclasda DP təlimlərinin təşkili zamanı yeni metodların tətbiqinə dair mühüm müzakirələr aparılıb. Həmçinin, təlim prosesində ortaya çıxan problemlər müzakirə olunub.

“The Nautical İnstitute” təşkilatı 2017-ci ildə Təlim Tədris Mərkəzinin Dinamik Mövqe Saxlama Simulyatoruna sertifikat verilib. Bu sertifikat “DP İnduction” və “DP Simulator” təlimlərinin keçirilməsinə şərait yaradır.

Hazırda Təlim Tədris Mərkəzi dünyada “DP İnduction” və “DP Simulator” təlimlərinin keçirilməsinə səlahiyyəti olan 79 mərkəzdən biri, Azərbaycanda isə yeganə təşkilatdır

Foto qalereya1

Reaksiyanızı bildirin
ASCO-nun Təlim Tədris Mərkəzinin direktoru Dinamik Mövqe Saxlama təlimlərinə həsr olunmuş konfransda iştirak edib | ADDA