Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) və Malta Beynəlxalq Dəniz Hüququ İnstitutu (IMLI) arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

22 Dekabr 2025
Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) və Malta Beynəlxalq Dəniz Hüququ İnstitutu (IMLI) arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Dekabrın 19-da Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsini icra edən Eldar Qocayev ilə Malta Beynəlxalq Dəniz Hüququ İnstitutunun (IMLI) direktoru, professor Norman A. Martínez arasında onlayn görüş keçirilib. Görüş zamanı tərəflər dənizçilik təhsili və dəniz hüququ sahəsində mümkün əməkdaşlıq istiqamətləri üzrə geniş fikir mübadiləsi aparıblar.

Müzakirələr əsasən birgə təhsil və tədqiqat proqramlarının həyata keçirilməsi, Beynəlxalq Dəniz Təşkilatının bəyəndiyi hüquqi modulların ADDA-nın tədris proqramlarına inteqrasiyası, tələbə və müəllimlərin mübadilə imkanları, magistr və doktorantura səviyyələrində birgə elmi tədqiqatlar, eləcə də beynəlxalq tədbirlər və elmi nəşrlər sahəsində əməkdaşlıq perspektivlərini əhatə edib.

Tərəflər qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın institusional çərçivədə davam etdirilməsinin əhəmiyyətini vurğulayıb və növbəti mərhələdə konkret fəaliyyət mexanizmlərinin müəyyənləşdirilməsi barədə razılığa gəliblər.

Foto qalereya2

Reaksiyanızı bildirin