Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

Azərbaycan Dövlət Dəniz Akademiyası və Türkiyənin Piri Reis Universiteti arasında Strateji Əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb

10 Fevral 2026
Azərbaycan Dövlət Dəniz Akademiyası və Türkiyənin Piri Reis Universiteti arasında Strateji Əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) ilə Türkiyənin dənizçilik sahəsində ixtisaslaşmış yeganə ali təhsil müəssisəsi olan Piri Reis Universiteti (PRU) arasında strateji əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Anlaşmanın Memorandumunun imzalanması münasibətilə keçirilən onlayn görüşdə ADDA-nın rektor vəzifəsini icra edən Eldar Qocayev və PRU-nun rektoru Nafiz Arıca öz rəhbərlik etdikləri akademik və inzibati heyətlə birlikdə iştirak ediblər.

Görüş zamanı Anlaşma Memorandumuna əsaslanan Strateji Akademik Əməkdaşlıq çərçivəsində təhsil və elmi-tədqiqat sahələrində uzunmüddətli əməkdaşlıq, o cümlədən akademik mübadilə, birgə tədris proqramlarının hazırlanması, elmi layihələrin icrası və tədbirlərin təşkili imkanları ətraflı müzakirə olunub.

Tərəflər əməkdaşlığın mərhələli və sistemli şəkildə həyata keçiriləcəyini vurğulayıblar.

Foto qalereya3

Reaksiyanızı bildirin