Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) Elmi Şuranın növbəti iclası keçirilib

05 İyun 2026
Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) Elmi Şuranın növbəti iclası keçirilib

05 iyun 2026-cı ildə Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) Elmi Şurasının növbəti iclası keçirilib. İclasda Akademiyanın gələcək inkişafı, tədris profilinin genişləndirilməsi və tədris planlarının beynəlxalq konvensiyaların tələblərinə uyğunlaşdırılması istiqamətində mühüm qərarlar qəbul olunub.

Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatında mövcud olan bir sıra ixtisaslar üzrə Akademiyada ilk dəfə tədrisin təşkili imkanlarının müzakirəsi nəticəsində, Elmi Şura tərəfindən “Beynəlxalq ticarət və logistika”, “Menecment” (Su nəqliyyatı üzrə), “Ekologiya” (Su hövzələri üzrə) və “Dizayn” (Su nəqliyyatı üzrə) ixtisaslarının açılması məqsədəuyğun hesab edilmişdir. Sözügedən ixtisaslar üzrə tədrisə başlanılması imkanlarının araşdırılması, əmək bazarının mövcud vəziyyətinin, gələcək perspektivlərinin və qabaqcıl beynəlxalq təcrübənin təhlil edilməsi məqsədilə Akademiyanın professor-müəllim heyəti, həmçinin tərəfdaş qurumların mütəxəssislərindən ibarət xüsusi İşçi Qrupları formalaşdırılmışdır. Yaradılmış İşçi Qruplarına 3 (üç) ay müddətində əmək bazarının potensial kadr tələbatını müəyyənləşdirərək işəgötürənlərin rəsmi rəylərini toplamaq və hazırlanmış geniş hesabatı növbəti mərhələdə baxılması üçün Elmi Şuraya təqdim etmək tapşırılmışdır.

Gündəlikdə yer alan növbəti mühüm məsələ dənizçilik ixtisasları üzrə tədris planlarının yenilənməsi ilə bağlı olub. "Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair" 1978-ci il tarixli Beynəlxalq Konvensiyanın (STCW) və Beynəlxalq Dəniz Təşkilatının (BDT) müvafiq model kurslarının tələblərinə uyğun olaraq, həmçinin Dövlət Dəniz və Liman Agentliyinin təklif və tövsiyələri nəzərə alınmaqla hazırlanan yeni tədris planları təsdiq edilib. Bu dəyişikliklər “Dəniz naviqasiyası mühəndisliyi”, “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” və “Elektrik və elektronika mühəndisliyi” ixtisaslarını əhatə edir.

Sonda bakalavriat səviyyəsinin əyani təhsil formasının ingilis bölməsi üzrə “Elektrik və elektronika mühəndisliyi” ixtisası, eləcə də qiyabi təhsil forması üzrə “Gəmiqayırma və gəmi təmiri” və “Elektrik və elektronika mühəndisliyi” ixtisaslarının tədris planları müzakirə olunaraq təsdiqlənib.

Foto qalereya3

Reaksiyanızı bildirin