Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) İsrailin Azərbaycandakı səfiri ilə görüş keçirilib

17 Fevral 2026
Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) İsrailin Azərbaycandakı səfiri ilə görüş keçirilib

Bu gün Azərbaycan Dövlət Dəniz Akademiyasında Akademiyanın rektor əvəzi Eldar Qocayevin İsrail Dövlətinin Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Ronen Krausz ilə görüşü keçirilib.

Görüş zamanı Azərbaycan Dövlət Dəniz Akademiyası ilə İsrailin dənizçilik sahəsində fəaliyyət göstərən ali təhsil və təlim müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər akademik mübadilə proqramları, qısamüddətli təlimlər və yay–qış məktəblərinin təşkili, süni intellektin dənizçilik təhsilinə tətbiqi, birgə istehsalat təcrübələrinin təşkili, eləcə də elmi-tədqiqat layihələri üzrə əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər.

Qarşılıqlı maraq və konstruktiv dialoq şəraitində keçən görüşün sonunda tərəflər gələcək əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını və əməkdaşlığın sahə üzrə konkret ali təhsil müəssisələri və birgə layihələr vasitəsilə həyata keçirilməsinin məqsədəuyğun olduğunu bildiriblər.

Foto qalereya5

Reaksiyanızı bildirin