Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

Azərbaycan Dövlət Dəniz Akademiyasının müəllim və tələbə heyəti “İKT Karyera Sərgisi”ndə iştirak edib

03 Dekabr 2025
Azərbaycan Dövlət Dəniz Akademiyasının müəllim və tələbə heyəti “İKT Karyera Sərgisi”ndə iştirak edib

29 noyabr tarixində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşkilatçılığı ilə keçirilən “İKT Karyera Sərgisi”ndə Akademiyanın müəllim və tələbə heyəti fəal iştirak edib. Akademiya nümayəndələri sərgidə təqdim olunan imkanlardan yararlanaraq tələbələrin əmək bazarına inteqrasiyası və texnoloji biliklərinin artırılması baxımından əhəmiyyətli təcrübə əldə ediblər.

Sərginin açılışında çıxış edən Agentliyin İdarə Heyətinin sədr müavini Rəşad Xalıqov layihənin İKT sektoruna töhfələrindən və gənc istedadların məşğulluq imkanlarının genişləndirilməsində təhsil təşəbbüslərinin rolundan danışıb.

“Rəqəmsal Azərbaycan: Gənclərin rəqəmsal transformasiyada rolu” mövzusunda panel müzakirəsində gənclərin rəqəmsal sahədə iştirakı və kadr potensialının inkişafı məsələləri müzakirə olunub.

Paneldən sonra Akademiyanın tələbələri şirkət stendləri ilə tanış olublar, karyera və təcrübə imkanları barədə məlumat alıblar, fərdi müsahibələr və karyera məsləhətləri sessiyalarında iştirak ediblər.

Layihənin əsas məqsədi İKT sahəsində təhsil alan tələbə və məzunları aparıcı texnologiya şirkətləri ilə bir araya gətirmək və onların peşəkar inkişafına dəstək göstərməkdir. Sərgi həm gənclər, həm də şirkətlər üçün perspektivli platforma rolunu oynayıb.

Reaksiyanızı bildirin