Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC İdarə heyətinin sədri Azərbaycan Dövlət Dəniz Akademiyasında görüş keçirmişdir

12 Mart 2026
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC İdarə heyətinin sədri Azərbaycan Dövlət Dəniz Akademiyasında görüş keçirmişdir

11 mart 2026-cı il tarixində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC İdarə heyətinin sədri Əfqan Cəlilov Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) akademik və inzibati rəhbər heyətlə görüş keçirmişdir. Görüş zamanı ADDA-nın maddi-texniki bazası, tədris və elmi potensialının strateji inkişafı ilə əlaqədar konseptual istiqamətlər iştirakçıların diqqətinə çatdırılmışdır. Əfqan Cəlilov əsas məqsədi peşəkar dənizçi kadrların hazırlanması olan tədris prosesinin müasir çağırışlar səviyyəsində təşkili üçün tövsiyələrini vermiş, həmçinin dənizçilik sahəsində ali təhsil, subbakalavr və əlavə təhsilin spesifik problemlərinin həllindən danışmışdır.

Akademiyanın rektoru vəzifəsini icra edən Eldar Qocayev ADDA-nın mövcud durumunu və problemlərini diqqətdə saxladığı üçün “AXDG” QSC İdarə heyətinin sədri Əfqan Cəlilova təşəkkürünü bildirmiş və professor-müəllim heyətinin qarşıya qoyulan vəzifələri tam məsuliyyətlə yerinə yetirəcəyinə əminlik ifadə etmişdir.

Sonra Akademiyanın tədris bazasına, laboratoriya və trenajorlarına baxış keçirilmişdir.

Reaksiyanızı bildirin